Prosesə Nəzarət Mütəxəssisi - Caspian Engineering Solutions | Vakansiya

Şirkət Haqqında

Şirkət: Caspian Engineering Solutions

Vebsayt: https://ces.az/az

Caspian Engineering Solutions  Azərbaycanda sənaye üzrə  Y oxlama ,  S ınaq ,  L aboratoriya ,  T əmir ,  T ikinti ,  Q uraşdırma ,  S ənaye Təmizliyi  və  İdarəolunan Təzyiqli Qazma (MPD)  sahələrində qabaqcıl texniki xidmətlər göstərən şirkətdir. Peşəkar heyət və müasir avadanlıqla 100-dən artıq uğurlu layihə həyata keçirərək,  neft emalı və sənaye obyektlərinin  tikintisi, modernləşdirilməsi və təmirində geniş təcrübə qazanmışıq. Məqsədimiz — beynəlxalq standartlara uyğun, təhlükəsiz və keyfiyyətli xidmət göstərmək, layihələri vaxtında və səmərəli şəkildə başa çatdırmaqdır. Müştərilərimizlə etibarlı və uzunmüddətli əməkdaşlıq bizim əsas dəyərimizdir.

Caspian Engineering Solutions şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Prosesə Nəzarət Mütəxəssisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş yeri:  Bakı şəhəri Əmək haqqı:  2000–2500 AZN Vəzifə öhdəlikləri Tikinti layihələrində işlərin təsdiq edilmiş qrafik, layihə sənədləri, prosedurlar və müqavilə tələblərinə uyğun icrasına nəzarət etmək; İşlərin icra ardıcıllığını və layihə qrafikini izləmək; Proses üzrə gecikmələri, riskləri və potensial problemləri vaxtında müəyyənləşdirmək; Uyğunsuzluqları izləmək və onların aradan qaldırılması prosesinə nəzarət etmək; Layihənin icra vəziyyəti üzrə həftəlik və aylıq proses hesabatları hazırlamaq; İşlərin gedişatı və proses göstəriciləri barədə rəhbərliyə mütəmadi məlumat vermək; Təsdiq edilmiş layihə sənədləri, prosedurlar və müqavilə tələbləri əsasında prosesə nəzarəti həyata keçirmək. Tələblər Minimum 5 il müvafiq iş təcrübəsi; Tikinti layihələrində prosesə nəzarət və layihə icrası üzrə təcrübə; Ən azı 2 analoji tikinti layihəsində iştirak; İş qrafiki və işlərin icra ardıcıllığına nəzarət bacarığı; Gecikmə və risklərin müəyyən edilməsi və təhlili bacarığı; Hesabat hazırlama və analitik düşünmə qabiliyyəti; MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı; Azərbaycan dilində peşəkar hesabat hazırlama bacarığı; İngilis dili biliyi. CV-də qeyd olunmalıdır Ad, soyad; Təhsil və ixtisas; Müvafiq iş təcrübəsi (il ilə); Analoji layihələrin sayı; Analoji layihələrin adları; Həmin layihələrdə tutduğu vəzifə və əsas funksiyalar. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Prosesə Nəzarət Mütəxəssisi” qeyd edərək  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Prosesə Nəzarət Mütəxəssisi vakansiyası Caspian Engineering Solutions şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.