Sales Consultant / Satış Məsləhətçisi - Resm Jewelry | Vakansiya

Şirkət Haqqında

Şirkət: Resm Jewelry

Şirkət haqqında Resm, the first Azerbaijani national Jewelry brand, is a modern interpretation of the patterns and ornaments of ancient Azerbaijan. All Resm products are provided with separate illustrations explaining the historical nature of the design, the origin of patterns and traditional ornaments. These unique and exclusive pieces of art are the perfect gift for anyone naturally inclined towards beauty and heritage.

Resm Jewelry şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət mədəniyyəti ilə birləşdirən premium brenddir. Komandamıza yalnız satış etməyi bacaran deyil, RESM brendini peşəkar şəkildə təmsil edə bilən Luxury Sales Consultant axtarırıq. Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət yetirirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik. İş şəraiti 6 günlük iş qrafiki İş yeri: 28 May metrosu yaxınlığı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi Peşəkar və dəstəkləyici iş mühiti Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir. Əsas öhdəliklər Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun alış-veriş təcrübəsi yaratmaq. Müştərinin ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək. Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün məlumat vermək. Satış prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək. Vitrinlərin estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq. Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək vermək. Tələblər Xanım namizədlər Yaş: 20–45 Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı İngilis dili biliyi üstünlükdür Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi Yüksək ünsiyyət və təqdimat bacarığı Estetik zövq, etiket və davranış mədəniyyəti Məhsullara qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq Komandada işləmək bacarığı və nəticəyönümlü yanaşma Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Sales Consultant / Satış Məsləhətçisi vakansiyası Resm Jewelry şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.