Mühasib köməkçisi (Lökbatan) - SQA Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: SQA Group

"Safety Qualification Advisory Group" MMC (SQA Group) dənizdə və quruda yükqaldırma avadanlıqlarının yoxlanması, sınağı; SƏTƏM və yükqaldırma üzrə təlim xidmətləri təqdim edən, bu sahədə 20 il təcrübəsi olan şirkətdir.

SQA Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Mühasib köməkçisi (Lökbatan)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 3
  • Kateqoriya: Inzibati, Biznes və İdarəetmə
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Mühasibatlıq şöbəsinin gündəlik iş gedişatına operativ dəstək göstərilməsi; Mühasiblər tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi; Sənəd dövriyyəsinin izlənilməsi və rəsmi məktubların/sorğuların hazırlanmasında iştirak; Bank və digər dövlət qurumları ilə bağlı sənədləşmə işlərində texniki köməklik; Şöbə daxili digər inzibati mühasibatlıq işlərinin yerinə yetirilməsi. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi, 08:00 – 17:00; Əmək haqqı: 600 – 800 AZN (Namizədin təcrübə və bacarıqlarına əsasən təyin olunacaq); Nahar: Şirkət tərəfindən təmin edilir; Ünvan: Xocasən yolu 124C (Lökbatan ştq-nə yaxın, Abşeron Ticarət Mərkəzi ilə üzbəüz). Namizədə tələblər: Təhsil: Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə); Yaş həddi: 21 - 30 yaş; Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; MS Office: Microsoft Excel və Word proqramları ilə baza səviyyədə işləmə bacarığı; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı. Təcrübə: Vakansiya üzrə iş təcrübəsi vacib deyil, lakin olması arzuolunandır (iş şöbə daxilində öyrədiləcək); Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Inzibati, Biznes və İdarəetmə

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında ən son iş elanları və vakansiyalar

Inzibati, Biznes və İdarəetmə kateqoriyasında daha çox vakansiya

Mühasib köməkçisi (Lökbatan) vakansiyası SQA Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.