CRM koordinator - Caspian Energy Club | Vakansiya

Şirkət Haqqında

Şirkət: Caspian Energy Club

Vebsayt: https://www.caspianenergy.club/

Dünyanın 50 ölkəsindən 5 000-dən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club, mütəmadi olaraq CEO Breakfast, Grand CEO Lunch, CEO MeetUP, Caspian Energy MeetUP, Business Tour, Round Table və s. kimi müxtəlif tədbirlər keçirilir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Tələblər: Azərbaycan dilini mükəmməl bilmək; Rus və ya ingilis dillərindən ən azı birini bilmək; Korporativ sahədə ən azı 1 il iş təcrübəsi; Yüksək ünsiyyət və komandada işləmək bacarığı; MS Office proqramlarından və internet resurslarından sərbəst istifadə bacarığı; Stresli vəziyyətlərdə işləmək və operativ qərar qəbul etmək bacarığı; İşgüzar yazışmaların və sənədlərin hazırlanması bacarığı (görüş hesabatları, müştəri yazışmaları, rəsmi məktublar və s.); Rəsmi geyim qaydalarına riayət etmək. İşin təsviri: Təşkil olunan tədbirlər barədə üzv şirkətlərin vaxtında məlumatlandırılması və şirkətlərin rəhbər şəxslərinin tədbirlərdə iştirakının təmin edilməsi; Üzv şirkətlər barədə çap və onlayn resurslarda yerləşdirilməsi üçün zəruri məlumatların toplanması və hazırlanması; Yeni layihələr və kommersiya təklifləri barədə üzv şirkətlərə məlumatların təqdim edilməsi; Müvafiq üzv şirkətlərə əlavə xidmətlərin təqdim edilməsi və satışının həyata keçirilməsi; Görülmüş işlər və nəticələr barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi; Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası. Şərtlər: Rəsmi əmək müqaviləsi; İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00; Əmək haqqı: 500–700 AZN; KPI sistemi tətbiq olunur və nəticələrə əsasən əlavə bonuslar nəzərdə tutulur. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “CRM” qeyd etməyiniz xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

CRM koordinator vakansiyası Caspian Energy Club şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.