İş elanları və vakansiyalar 2026 üzrə ən son yenilikləri burada tapa bilərsiniz. Platformamız bütün sahələr üzrə gündəlik yenilənən iş imkanlarını, real şirkət vakansiyalarını və filtirlənə bilən peşə yönümlü elanları bir araya gətirir. Əgər yeni iş axtarırsınızsa, düzgün yerdəsiniz - buradan həm yerli, həm də beynəlxalq iş elanlarına rahatlıqla baxa, CV göndərə və dərhal müraciət edə bilərsiniz.
Ən Son İş Elanları 2026
Bu həftənin ən çox baxılan vakansiyaları
Şəhərlər üzrə iş elanları
Sahələr üzrə vakansiyalar
Tələbə və təcrübəçi iş elanları
Ən çox maaş təklif edən vakansiyalar
Evdən işləmək (remote) iş imkanları
2026-cı il üçün hazırlanan iş elanları və vakansiyalar siyahımız real vaxtda yenilənir. Hər bir elan şirkət tərəfindən təsdiqlənir və istifadəçilərə dəqiq maaş aralığı, tələblər, vəzifə təsviri və müraciət linki təqdim olunur. İstər ofisdaxili, istər remote iş axtarasınız? Burada bütün vakansiyaları rahatlıqla tapa biləcəksiniz.
Şirkət haqqında 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir. Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro. Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir. SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir. Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir. Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir. 2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Azərbaycan Vəzifənin təsviri Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etməkdir. Vəzifə öhdəlikləri: Sistem və server infrastrukturunun idarə edilməsi Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə edir. Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri baxışını və yenilənməsini təmin edir. Performansın artırılması üçün şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif edir. Şəbəkə bağlantıları, internet və IP telefoniya Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə edir. Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək vəziyyətdə olmasını təmin edir. IP telefon sisteminin idarə olunmasını həyata keçirir. Şəbəkə servisləri üzrə problemləri araşdırır, nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür. E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə edir. Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa olunmasını təmin edir. Korporativ antivirus, antispam və digər təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir. Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı dayanıqlılığının təmin olunmasına dəstək göstərir. Aşkar olunan informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında məlumatlandırır. Lisenziyalar, sertifikatlar və texniki xidmətlərin izlənilməsi Lisenziya, sertifikat və digər ödənişli proqram təminatları və xidmətlərin mövcudluğunu və yenilənmə müddətlərini izləyir. Zərurət yarandıqda texniki dəstək personalına köməklik göstərir. SLA, texniki sorğular və hesabatlılıq Sorğuların SLA tələblərinə uyğun icrasına nəzarət edir, gecikmə və problem yarandıqda operativ tədbir görür. Texniki problemlər, risklər və açıq məsələlər barədə rəhbərliyi vaxtında məlumatlandırır və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır. IT Menecer tərəfindən verilən tapşırıqları icra edir, zəruri hesabatları hazırlayaraq təqdim edir. Görülmüş işlər və açıq texniki məsələlər üzrə məlumatların qeydiyyatını və izlənməsini təmin edir. Daxili qaydalara uyğunluq Şirkətin İT siyasət, prosedur və qaydalarına uyğun xidmət göstərir. İnfrastruktur dəyişikliklərini təsdiq proseslərinə uyğun icra edir. Məsuliyyət sahəsi: Sistem və şəbəkə inzibatçılığı Server və şəbəkə avadanlıqlarının monitorinqi və idarə olunması Korporativ e-poçt, backup və bərpa prosesləri İnformasiya təhlükəsizliyi IP telefoniya və filial şəbəkə bağlantılarının texniki dəstəyi SLA və xidmət keyfiyyətinə nəzarət Tələblər Professional biliklər: Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə praktiki biliklər. (Bu tələb CV-də Windows/Linux server inzibatçılığı, Active Directory/domen mühitinin idarə olunması, korporativ e-poçt, DNS, RDS, SQL/database və/və ya oxşar server servisləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Virtualizasiya və storage infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də VMware ESX/ESXi/vCenter və ya oxşar virtualizasiya platformaları, SAN/NAS/DAS, iSCSI/FC və/və ya storage sistemlərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də TCP/IP, DHCP/DNS, VLAN, VPN, routing/switching, firewall, Radius, load balancing və/və ya oxşar şəbəkə servislərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Router, firewall, switch və wireless şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə. (Bu tələb CV-də Cisco, HPE, Fortigate, Mikrotik, Aruba, Ubiquiti və ya oxşar şəbəkə avadanlıqları ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Backup və recovery sistemləri üzrə praktiki bilik və iş təcrübəsi. (Bu tələb CV-də ehtiyat nüsxələrin idarə olunması, bərpa prosesləri, Veeam, Acronis, Symantec, Norton və ya oxşar backup sistemləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir) Korporativ antivirus, antispam və informasiya təhlükəsizliyi monitorinqi üzrə baza praktiki biliklər. (Bu tələb CV-də endpoint security, antivirus/antispam sistemlərinin idarə olunması, təhlükəsizlik monitorinqi və/və ya texniki risklərin izlənilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) IP telefoniya və IP-PBX sistemləri ilə iş təcrübəsi arzuolunandır. SLA, monitorinq, insident qeydiyyatı, ticketing sistemi və/və ya texniki xidmət idarəetməsi üzrə təcrübə arzuolunandır. MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sistem/şəbəkə üzrə peşəkar sertifikatlar arzuolunandır. İngilis dili biliyi: A2 və ya daha yüksək səviyyədə arzuolunandır. Təhsil: İT, kompüter elmləri, şəbəkə, kibertəhlükəsizlik, telekommunikasiya və ya əlaqəli texniki sahə üzrə ali təhsil. İş təcrübəsi: Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi. Professional bacarıq və kompetensiyalar: Analitik və alqoritmik düşüncə Məsuliyyət Ünsiyyət bacarıqları Zamanın idarə olunması Operativ qərarvermə və problem həll etmə bacarığı Prioritetləşdirmə və kritik texniki məsələləri düzgün eskalasiya etmə bacarığı Məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət etmə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.