Satış üzrə Konsultant (Xaricdə Təhsil) - S&Ko Student | Vakansiya

Şirkət Haqqında

Şirkət: S&Ko Student

Vebsayt: http://www.skostudent.com/

Təhsil sahəsində xidmət göstərən S&Ko Student şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

S&Ko Student şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş şəraiti Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü) Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı) İşin Təsviri: Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır. Əsas Öhdəliklər: Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək; Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək; Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək; Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək. Namizədə dair tələblər: Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi; Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür); Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri; Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək). Biz nə təklif edirik? Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir; Yüksək satış performansı üçün cəlbedici bonus sistemi; Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi). Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Satış Konsultantı" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Satış üzrə Konsultant (Xaricdə Təhsil) vakansiyası S&Ko Student şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.