Tiktok üzrə ssenarist - Supertoys | Vakansiya

Şirkət Haqqında

Şirkət: Supertoys

Vebsayt: https://supertoys.az

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.

Supertoys şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Tiktok üzrə ssenarist
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Marketinq, Media və Kommunikasiyalar
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri TikTok üçün kreativ və viral potensialı yüksək video ideyalarının hazırlanması  Video mövzularının, konseptlərinin və ssenarilərinin hazırlanması  TikTok trendlərinin, viral formatların, challenge-lərin və aktual mövzuların araşdırılması  Məhsul və kampaniyaların TikTok formatına uyğun kreativ şəkildə təqdim olunması  Qısa, dinamik və izləyicinin diqqətini ilk saniyələrdə cəlb edən ssenarilər yazmaq  Videolar üçün hook, əsas məzmun və CTA strukturunun hazırlanması  Personaj, dialoq, səhnə, hərəkət və çəkiliş ardıcıllığının müəyyənləşdirilməsi  Məhsulun reklam xarakterini mümkün qədər təbii və əyləncəli formada ssenariyə inteqrasiya etmək  TikTok üçün serial formatlı və davamlı kontent rubrikalarının yaradılması  Müxtəlif hədəf auditoriyalarına uyğun kontent ideyalarının hazırlanması  Kontent planına uyğun olaraq həftəlik/aylıq ssenarilərin hazırlanması  Çəkiliş zamanı ssenarinin icrasına nəzarət və lazım olduqda yaradıcı dəyişikliklərin edilməsi  Kontent performansını analiz edərək daha uğurlu format və mövzuların müəyyənləşdirilməsi  Baxış sayı, izlənmə müddəti, engagement, paylaşım və digər göstəricilər əsasında yeni ideyaların hazırlanması  Marketinq komandası, video çəkiliş və montaj komandası ilə koordinasiyalı işləmək  Şirkətin kommunikasiya üslubunu və imicini bütün ssenarilərdə qorumaq  Rəqiblərin və yerli/beynəlxalq TikTok hesablarının kontentlərinin monitorinqi  Yeni TikTok trendlərinin şirkətin məhsul və kampaniyalarına uyğunlaşdırılması. Təklif edilən şərtlər: İş qrafiki: Sərbəst Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq Mövzu hissəsində Video məzmun yaradıcısı qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Marketinq, Media və Kommunikasiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında ən son iş elanları və vakansiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında daha çox vakansiya

Tiktok üzrə ssenarist vakansiyası Supertoys şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.