Elektrik Mühəndisi - Wellmechs | Vakansiya

Şirkət Haqqında

Şirkət: Wellmechs

sahəsində xidmət göstərən Wellmechs şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

Wellmechs şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrik Mühəndisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Wellmechs MMC şirkəti inşaat sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata keçirməkdədir. İş öhdəlikləri Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq; Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək; Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək; Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq; Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək; Sistematik konstruktivlik icmalı; İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək; Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək; Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək; Müştərilərə tövsiyələr vermək; Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək; Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək; Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək; Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək; Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək; Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək; Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək; Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq; Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq; Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq; Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək; Tələb olunan: Yaş: 25 – 45 (Bəy namizəd) Ali təhsil: Elektrik mühəndisliyi üzrə İş təcrübəsi: Müvafiq sahə üzrə  minium 2 il iş təcrübəsi; Kompüter bilikləri: MS Office, AutoCAD; Dil bilikləri: ingilis dili (orta) İş şəraiti: Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma yolu ilə təyin olunur. Nahar şirkət tərəfindən qarşılanır. Əgər tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan  elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində  “Elektrik Mühəndisi”  qeyd etməyiniz xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Elektrik Mühəndisi vakansiyası Wellmechs şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.