Satınalma üzrə mütəxəssis - Avant Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Avant Group

Vebsayt: https://avantgroup.az/

Tikinti sahəsində xidmət göstərən Avant Group şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

Avant Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Satınalma üzrə mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 4
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması; RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması; Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması; Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması; Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi; Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi; Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi; Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması; Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi; Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi. Tələblər: Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür). Satınalma sahəsində minimum 2 il iş təcrübəsi. Azərbaycan və Rus dillərini səlis bilməli; MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə. ERP sistemləri ilə iş təcrübəsi. Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq; Əlavə məlumat: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı: 2000-2500 AZN (net) İş yeri - Çıraq plaza Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Satınalma üzrə mütəxəssis vakansiyası Avant Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.