ERP həlləri üzrə B2B Satış Meneceri - BeinSystems | Vakansiya

Şirkət Haqqında

Şirkət: BeinSystems

BeinSystems şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Bein Systems 2018-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərən müasir bulud əsaslı modul ERP sistemidir. Bizim fəlsəfəmiz — biznes üçün əsl dost və etibarlı dayaq olmaq, sahibkarları rutin işlərdən, kassa boşluqlarından və maxinasiyalardan qorumaqdır. Biz sadəcə skriptlə zəng edəcək deyil, biznesmenlə rahat ünsiyyət qura biləcək, onun problemlərini dərk edib texnoloji həll yolları təklif edəcək bir şəxs axtarırıq. Kimi axtarırıq B2B və korporativ satış sahəsində təsdiqlənmiş təcrübəyə malikdir. Şirkət sahibləri və rəhbərləri ilə canlı dialoq qurmağı və təqdimatlar keçirməyi bacarır. Müştərinin biznesini analiz edir və sadəcə funksionallıq satmır, onun konkret tapşırıqları üçün həllər təklif edir. İT məhsullarını mükəmməl anlayır, texniki suallardan qorxmur və onları müstəqil şəkildə araşdırmağı bacarır. Ticarət şirkətlərinin, anbarların, mağazaların, restoranların və ya istehsalatın iş prinsiplərini anlayır. Kommersiya təklifləri ilə işləməyi və müqavilələri nəticəyə çatdırmağı bacarır. Azərbaycan və rus dillərində səlis danışır və yazır (İngilis dilini bilmək üstünlükdür). Böyük üstünlük hesab olunacaq ERP, CRM, POS-sistemləri və biznesin avtomatlaşdırılması proqramları ilə iş təcrübəsi. Anbar uçotu, restoran sistemləri (HoReCa) və logistikanın idarəedilməsi proseslərini anlamaq. Kassa avadanlıqları, ştrixkodlaşdırma, markalanma və inteqrasiyalarla tanışlıq. Əmək haqqı: oklad 600 Azn plus bonuslar. Ümumilikdə əmək haqqı 1500 Azn çata bilər. Şəhər - Sumqayıt CV-nizi qeyd olunan nömrəyə +994773306365 göndərin. B2B sahəsində uğurlu təcrübələriniz varsa, mütləq müşayiət məktubunda qısaca qeyd edin».

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

ERP həlləri üzrə B2B Satış Meneceri vakansiyası BeinSystems şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.