1C Developer - Facility Management Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Facility Management Group

Vebsayt: https://www.fmg.az/

Şirkət haqqında Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş sistemlər və iş səmərəliliyinə önəm vermək. Vizyonumuz Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.

Facility Management Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: 1C Developer
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 6
  • Kateqoriya: Komputerləşmə və İKT
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Şirkətimiz ERP sistemlərinin inkişafı, optimallaşdırılması və texniki dəstəyini təmin edəcək 1C Developer axtarır. Namizəd 1C platformasında yeni funksionallıqların hazırlanması, mövcud modulların təkmilləşdirilməsi və sistem inteqrasiyalarının icrasında iştirak edəcək. Vəzifə öhdəlikləri: 1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi; Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması; 1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması; ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması; API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi; Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması; ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət; İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi; Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak. Tələblər: İnformasiya texnologiyaları, proqramlaşdırma, informasiya sistemləri və ya digər uyğun sahə üzrə ali təhsil; 1C platforması üzrə minimum 2 il developer təcrübəsi; 1C:Enterprise 8.x platforması ilə işləmək üzrə dərin biliklər; 1C konfiqurasiyalarının hazırlanması və modifikasiya edilməsi üzrə təcrübə; API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsi üzrə biliklər; Texniki sənədləşmə və sistem testləri üzrə təcrübə; Analitik düşüncə və texniki problemləri operativ həll etmə bacarığı; Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür; Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar: “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük Könüllü tibbi sığorta İşçinin inkişafı üçün təlim, tədris proqramları Rəqabətli əmək haqqı və bonus sistemi Şəhər mərkəzində ofis Korporativ tədbirlər Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Komputerləşmə və İKT

Komputerləşmə və İKT kateqoriyasında ən son iş elanları və vakansiyalar

Komputerləşmə və İKT kateqoriyasında daha çox vakansiya

1C Developer vakansiyası Facility Management Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.