Çatdırılma xidməti üzrə fəhlə (Bakı) - Kontakt Home | Vakansiya

Şirkət Haqqında

Şirkət: Kontakt Home

Vebsayt: https://kontakt.az/

Şirkət haqqında Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Kontakt Home şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Çatdırılma xidməti üzrə fəhlə (Bakı)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 10
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Məhsulların təyinatı üzrə mağazalara çatdırılması; Nəqliyyat vasitəsinin yükləmə və boşalma prosesində iştirak edilməsi; Mağazalar və anbarlar ilə təhvil-təslim prosesinin həyata keçirilməsi; Yükləmə,boşaltma və təhlükəsizlik qaydalarına əməl edilməsi; Birbaşa rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi. İş şəraiti: İş günləri: 6 gün iş, 1 gün istirahət; Tələblər: Fiziki cəhətdən sağlam; Komanda şəklində işləmə bacarığı; Nizam-intizamın, məsuliyyətin olması; Şirkət daxili qayda və tələblərə riayət olunması: BC kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Çatdırılma xidməti üzrə fəhlə (Bakı) vakansiyası Kontakt Home şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.