Modullar üzrə kiçik mütəxəssis - U and R Company | Vakansiya

Şirkət Haqqında

Şirkət: U and R Company

Vebsayt: http://urc.az/

Şirkət haqqında “U&R Company” şirkəti yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqini və yeni həllərin işlənib hazırlanmasını inkişaf etdirmək üçün maliyyəçilər və developerlər qrupu tərəfindən birgə yaradılmış təşkilatdır.  "1C" firmasının rəsmi Françayzisi olan şirkət, həmçinin "1C: Enterprise 8" platformasında öz proqram məhsullarının hazırlanması ilə məşğul olur. Şirkət Azərbaycanda demək olar ki, bütün fəaliyyət növləri və mülkiyyət formalarına aid müəssisə və təşkilatlara xidmət göstərən təcrübəli mütəxəssislər komandasını formalaşdırmışdır. Şirkətin mütəxəssisləri müəssisələrdə idarəetmənin və uçotun avtomatlaşdırılması üzrə məsələləri keyfiyyətlə və operativ şəkildə həll etməyə qadirdirlər. Şirkət öz işində keyfiyyət standartlarının, idarəetmə üzrə layihə metodlarının, fəaliyyətin təşkilində prosesli yanaşmanın bilik və gündəlik tətbiqinə əsaslanır. "U&R Company" maliyyə-təsərrüfat fəaliyyətinin kompleks avtomatlaşdırılması, sahələr üzrə həll vasitələrinin tətbiqi, “1C” proqram təminatı istifadəçilərinin müşaiyəti və onlara dəstək göstərilməsi, həmçinin “1C:Müəssisə 8” platformalarında istifadəçilər və developerlər üçün fərdi və qrup şəklində təlimlər sahəsində zəngin təcrübəyə malikdir. Bununla yanaşı, şirkətin təqdim etdiyi xidmətlər sırasına veb layihələrin hazırlanması da daxildir. Şirkət müştərilərlə əməkdaşlığı tərəfdaşların müştəri məsələlərinin həllində yaxından iştirakını nəzərə alaraq qurur. Vacib addımlar müştəri ilə sıx qarşılıqlı əlaqədə müzakirə şəklində planlaşdırılır. Şirkət müştərinin tələbatını anlayır və bazar vəziyyətinin dəyişməsinə operativ reaksiya verir.

U and R Company şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Tələblər Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr); 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür; MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı; Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı; Məsuliyyətli və sistematik iş yanaşması; Komandada və müstəqil şəkildə işləmək bacarığı. Vəzifə öhdəlikləri: 1C URC ERP sistemində cavabdeh olduğu modulların düzgün qurulmasını təmin etmək və test proseslərində iştirak etmək; Profilaktik yoxlamalar zamanı sistemdə aşkar olunan uyğunsuzluqları vaxtında müəyyənləşdirmək və müştəriləri məlumatlandırmaq; Modullar üzrə uçot strukturlarında kataloqların, parametrlərin və sazlamaların müəyyənləşdirilməsində asistentlik göstərmək; Sistem istifadəçilərinə modul funksiyaları üzrə funksional dəstək və yönləndirmə etmək; Modul təqdimatlarının hazırlanmasında iştirak etmək, inkişaf və təkmilləşdirmə üzrə təkliflər vermək; Modullar üzrə təlimatların və funksional imkanların sənədləşdirilməsini təmin etmək və aktual saxlanılmasına nəzarət etmək. İş şəraiti: İş yeri: Şirkətin ofisi; İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00 Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları; Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı; Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı; Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

Modullar üzrə kiçik mütəxəssis vakansiyası U and R Company şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.