Şirkət Haqqında
Şirkət: Veysəloğlu-Rossmann
Vebsayt: https://www.rossmann.de/
Şirkət haqqında “Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir. “Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir. “Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.
Veysəloğlu-Rossmann şirkətinin bütün vakansiyaları
Vakansiya Təsviri
Vəzifə öhdəlikləri Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək. Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq. Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək. Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək. Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək. Proseslərə nəzarət funksiyasını həyata keçirmək, təsdiq olunmuş prosedur və daxili qaydalara əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar üzrə hesabat və tövsiyələr hazırlamaq. Daxili nəzarət mexanizmlərinin qurulmasında və gücləndirilməsində iştirak etmək, maliyyə və əməliyyat risklərinin azaldılması üçün nəzarət tədbirləri hazırlamaq. Maliyyə əməliyyatlarının, sənədləşmənin və hesabatlılığın şirkət siyasətləri, daxili prosedurlar və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək. Maliyyə dövrünün ERP sistemi üzərindən bağlanmasını koordinasiya etmək, bağlanış qrafikinə uyğun olaraq bütün maliyyə məlumatlarının vaxtında, tam və düzgün şəkildə sistemə daxil edilməsini və yekunlaşdırılmasını təmin etmək. ERP sistemində aparılan maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət etmək, hesabların uzlaşdırılmasını, bağlanış qeydlərini və dövr sonu düzəlişlərini koordinasiya etmək. ERP üzərində maliyyə hesabatlılığı, xərc mərkəzləri, büdcə nəzarəti və analitik hesabatların keyfiyyətinin artırılması üçün təkliflər vermək və inkişaf təşəbbüslərində iştirak etmək. Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək. Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək. Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək. Şöbə əməkdaşlarının işini planlamaq, tapşırıqları bölüşdürmək, icraya nəzarət etmək, komandanın peşəkar inkişafını dəstəkləmək və performansın artırılmasına yönəlmiş tədbirlər görmək. Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq. Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq. Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək. Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək. Tələblər: Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə) Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma. Qərarvermə və problemləri həll etmə bacarığı Vaxtın və resursların effektiv idarə etmə bacarığı Strateji düşünmə və planlaşdırma bacarığı Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük MS Excel üzrə yaxşı səviyyə Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları Digər məlumatlar: Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi Yanacaq kartı Nahar ilə təminat Könüllü tibbi sığorta paketi Korporativ mobil nömrə və aylıq danışıq limiti Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Jooble.az - Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər