HVAC sistemləri üzrə mühəndis - Almep Engineering Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Almep Engineering Group

Vebsayt: https://almep.az/

Almep Engineering Group Mühəndislik sektorunda fəaliyyət göstərən şirkətdir. Ən yeni Almep Engineering Group iş elanları ilə Jooble.az vebsaytından tanış olun

Almep Engineering Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: HVAC sistemləri üzrə mühəndis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 1
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Əsas vəzifə öhdəlikləri: Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək; Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq; İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq; Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq; Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək; Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək; Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi; Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək; Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək; İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək; Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək; Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi; Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək; Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s); Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək. Namizədə olan tələblər: Müvafiq sahə üzrə Ali təhsil; Tikinti (MEP) sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi; Kompüter bilikləri:   AutoCAD əla bilməli;  MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı; 3D MAX, VRAY, REVİT arzu olunandır; Dil bilikləri: Azərbaycan dilinin yüksək səviyyədə olması, ingilis və rul dilləri arzu olunandır; Layihəyə nəzarət bacarığına malik olmalı; Komandada işləmə bacarığına malik olmalı; Diqqətli və dəqiq olmalı; İşgüzar və məsuliyyətli olmalı. İş şəraiti: İş rejimi:  6 günlük (09:00-17:00, şənbə qısa iş günü)  İş yeri: Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova 2 Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə “CV”-lərinizi Müraciət et d üyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "HVAC sistemləri üzrə mühəndis" başlığı yazmaqla göndərməyiniz xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

HVAC sistemləri üzrə mühəndis vakansiyası Almep Engineering Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.