Mühasib - AGT Cargo | Vakansiya

Şirkət Haqqında

Şirkət: AGT Cargo

Hava yükləri və logistika sahəsində xidmət göstərən AGT Cargo şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

AGT Cargo şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Mühasib
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 0
  • Kateqoriya: Maliyyə, Bankçılıq və Sığorta
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Logistika şirkətinə mühasib axtarılır! Dinamik və peşəkar komandamıza qoşulacaq, məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan  Mühasib  axtarırıq. Əsas vəzifə və öhdəliklər: Şirkətin gündəlik mühasibat uçotunun aparılması; Bank, kassa və POS-terminal əməliyyatlarının həyata keçirilməsi və uçotu; E-qaimə, hesab-faktura və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması; Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması; Gəlir və xərclərin gündəlik uçotunun aparılması; Yanacaq, nəqliyyat və logistika xərclərinin uçotunun aparılması; Sürücülər, təchizatçılar və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılması; Debitor və kreditor borcların izlənilməsi; Vergi və əmək qanunvericiliyinə uyğun mühasibat əməliyyatlarının aparılması; Gömrük sənədləri və idxal-ixrac əməliyyatları üzrə ilkin mühasibat uçotunun aparılması; Rəhbərliyə tələb olunan maliyyə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi. Namizədə tələblər: Ali və ya orta ixtisas maliyyə/mühasibat təhsili; Mühasibatlıq sahəsində minimum  2 il iş təcrübəsi ; Vergi və əmək qanunvericiliyi üzrə biliklər; E-qaimə, hesab-faktura, bank və kassa əməliyyatları üzrə praktiki təcrübə; Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarını bilməsi; 1C və  Microsoft Excel  proqramlarında işləmək bacarığı; Logistika və nəqliyyat sahəsində mühasibat uçotu üzrə təcrübə üstünlükdür; Gömrük və idxal-ixrac əməliyyatları üzrə ilkin biliklər; Analitik düşünmə qabiliyyəti; Məsuliyyətli, diqqətli, dəqiq və dürüst olmaq; Komandada işləmək bacarığı. Vakansiya ilə maraqlanan namizədlər  CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: Qeyd:  E-mailin mövzu hissəsində  “Mühasib”  qeyd etməyiniz xahiş olunur.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Maliyyə, Bankçılıq və Sığorta

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında ən son iş elanları və vakansiyalar

Maliyyə, Bankçılıq və Sığorta kateqoriyasında daha çox vakansiya

Mühasib vakansiyası AGT Cargo şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.