Vakansiya Təsviri
Bu vakansiya AzTelco Group-un tabeli qurumlarından biri üçün elan edilmişdir. Vəzifə Öhdəlikləri: Şirkətin rəhbərliyinə iş axınının yaxşılaşdırılması üçün idarəetmə təkliflərini verir. Şirkətin istehsalı (göstərdiyi xidmətlər) ilə bağlı məlumat toplamaq üçün sorğular verir. Öz əlahiyyətlərinə aid məsələlərdə Şirkətin maraqlarını üçüncü tərəf təşkilatlarda təmsil edir; Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş ictimai münasibətlərin inkişaf strategiyasını həyata keçiir. Rəhbərliyin göstərişi ilə sosioloji tədqiqatlar aparır və nəticələrini təhlil edir. Ölkəmizdəki qabağcıl media nümayəndələri ilə əlaqə saxlayır, mətbuat açıqlamaları hazırlayır, brifinqlərin, mətbuat konfranslarının və digər tədbirlərin hazırlanmasında və keçirilməsində iştirak edir; Şirkətin rəsmi saytı üçün reklam mətnləri hazırlayır, Şirkət haqqında məlumat materiallarının vaxtında yayılmasına nəzarət edir. Hazırlanmış PR strategiyasını həyata keçirir. Qəbul edilmiş planlara uyğun olaraq hədəf auditoriya arasında sorğular keçirir. Fokus qruplarında Şirkətin istehsal etdiyi filmlərə istehlakçı münasibətini araşdırır; Press-relizlər üçün materiallar hazırlayır. Media nümayəndələri ilə əlaqə qurur, lazımi məlumatları mediaya yerləşdirir. Şirkətin təşkil etdiyi sərgilərdə, təqdimatlarda və ya digər müəssisələrlə birgə təşkil olunan promosyonlarda iştirak edir; Mətbuat konfransları, press-relizlər və s üçün çıxışların, materialların (slaydlar, filmlər daxil olmaqla) mətnlərini hazırlayır. Mediada Şirkət haqqında nəşrləri araşdırır, rəylər hazırlayır və rəhbərliyə təqdim edir. Müxtəlif layihələr üzrə hesabatlar və təkliflər hazırlayır; Şirkətin PR strategiyasının formalaşdırılması və idarə edilməsinin təmin edilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, müsahibələrini, mətbuat konfranslarını, brifinqlərini, rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin aidiyyəti üzrə təşkilini təmin edir; Şirkətdə həyata keçirilən sosial islahatlar, sosial sahədə qanunvericilik, Şirkətin fəaliyyətinin məqsədi, istiqamətləri və əldə edilmiş nəticələr, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq kütləvi informasiya vasitələri, Şirkətin rəsmi internet saytı, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə məlumat verir; Media monitorinq alətindən istifadə etməklə Şirkətin fəaliyyəti ilə bağlı KİV-dəki məlumatları izləyir. Daxil olmuş sorğu, ərizə, şikayət təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini təmin edir. Şirkət tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir; Kütləvi informasiya vasitələrindən istifadə etməklə və digər üsullarla Şirkətin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, sərnişindaşıma sahəsindəki yeniliklər, nəqliyyat sahəsində həyata keçirilən tədbirlər, aparılan islahatlar haqqında kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə ictimaiyyətə məlumat verir; Şirkətin fəaliyyəti ilə bağlı təhrif və böhtan xarakterli məqalə və yazılara təkzib hazırlayır, real vəziyyət barədə ictimaiyyətdə aydın təsəvvür yaradır, işçilərin müsbət fəaliyyətini kütləvi informasiya vasitələrində işıqlandırır, onların iş təcrübəsini yayır; Şirkətin fəaliyyəti və sərnişindaşıma məsələlərinə dair kütləvi informasiya vasitələrində, toplantı, iclas, müşavirə və s. yerlərdə səslənən çıxışları müntəzəm izləmək, aidiyyəti məsələlər barədə ümumiləşdirmələr aparır, gündəlik məlumatlar hazırlayıb Şirkətin rəhbərliyinə təqdim edilmək üçün xüsusi icmallar hazırlayır. Şirkətin rəhbərliyinin və digər vəzifəli şəxslərinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərini təşkil edir; Şirkətin baş direktorunun və digər rəhbər vəzifəli şəxslərin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir. Şirkətin fəaliyyətinə dair mətbuat konfransları və brifinqlər təşkil edir; Şirkətdə müvafiq ekspozisiyaları əks etdirən stendlər hazırlayır, dövlət bayramları, sərnişindaşıma və nəqliyyat sektoru işçilərinin peşə bayramı və ümumxalq hüzn və matəm günləri ilə əlaqədar Şirkətdə tədbirlər təşkil edir. Şirkətin fəaliyyətinə dair video və foto materialların arxivini təşkil edir. Şöbənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxır və daxil olmuş sorğulara vaxtında cavab verir; Şirkətin sosial şəbəkə hesablarını idarə edir, kontent planını hazırlayır və rəqəmsal kommunikasiya strategiyasının həyata keçirilməsini təmin edir. Rəqəmsal platformalarda Şirkətin fəaliyyətinin düzgün və effektiv təqdim olunmasını təşkil edir; Böhran və ya həssas informasiya mühitində kommunikasiya prosesini idarə edir, ictimaiyyətə düzgün və operativ məlumatın çatdırılmasını təmin edir, yaranan mənfi imicin qarşısının alınması istiqamətində tədbirlər görür; Şirkətin korporativ imicinin formalaşdırılması və qorunması istiqamətində fəaliyyət göstərir, ictimaiyyət və media ilə münasibətlərin müsbət istiqamətdə inkişafını təmin edir; PR və kommunikasiya fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq təhlil edir, müvafiq analitik hesabatlar hazırlayır və nəticələr əsasında təkliflər verir; Şirkədaxili kommunikasiya proseslərinin təşkili və əməkdaşların vaxtında və düzgün məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Tələb Olunan Bilik və Bacarıqlar: Təhsil: Ali təhsil (jurnalistika, ictimaiyyətlə əlaqələr, kommunikasiya, marketinq və ya müvafiq sahə üzrə); Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri): İctimaiyyətlə əlaqələr, media ilə iş, kommunikasiya strategiyalarının hazırlanması və tətbiqi sahəsində bilik və bacarıqlar; İş təcrübəsi (əmək stajı): Müvafiq sahə üzrə minimum 5-6 il iş təcrübəsi; Dil və kompüter proqramı bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili – yaxşı, İngilis dili – arzuolunandır; MS Office proqramları (Word, Excel, PowerPoint) – yaxşı səviyyədə; Sosial media platformaları və rəqəmsal alətlərlə işləmə bacarığı. Xüsusi Tələblər: Analitik düşünmə və operativ qərarvermə bacarığı; Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları ; Media ilə işləmək və təqdimat bacarıqları ; Məsuliyyətlilik, təşəbbüskarlıq və çeviklik ; Komanda ilə işləmək bacarığı. Təklif Edilir: Tibbi sığorta; Korporativ iş nömrəsi; Dinamik və inkişafyönümlü iş mühiti. Ünvan: Bakı, Sumqayıt şosesi 3, AZ1117. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.