APT Research Analyst - Milli Kibertəhlükəsizlik Agentliyi | Vakansiya

Şirkət Haqqında

Şirkət: Milli Kibertəhlükəsizlik Agentliyi

Milli Kibertəhlükəsizlik Agentliyi şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri: Fəaliyyətdə olan və yeni aşkarlanmış APT qruplarının gündəlik monitorinqini və təhlilini həyata keçirmək;  APT hücumlarında istifadə olunan TTP-ləri (Tactics, Techniques & Procedures) müəyyənləşdirmək və MITRE ATT&CK çərçivəsində təsnifləndirmək;  APT qrupları ilə əlaqəli IOC-ləri (IP ünvanları, domainlər, fayl hash-ləri və s.) toplamaq, əlaqələndirmək, təhlil etmək və sənədləşdirmək;  Təhlil edilən APT qrupları və onların fəaliyyətləri üzrə həftəlik və hadisə əsaslı Threat Intelligence hesabatları hazırlamaq;  Müxtəlif açıq və etibarlı məlumat mənbələrindən əldə olunan xəbərləri və kəşfiyyat məlumatlarını təhlil edib sintezləşdirmək və daxili istifadə üçün uyğun strukturlaşdırılmış formata salmaq;  APT qruplarının fəaliyyətində baş verən dəyişiklikləri, yeni TTP və IOC-ləri müəyyənləşdirmək və müvafiq tərəfləri məlumatlandırmaq.             Tələblər: İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;  MITRE ATT&CK çərçivəsinin əsas prinsipləri və TTP (Tactics, Techniques & Procedures) anlayışı üzrə bilik;  VirusTotal, Hybrid Analysis, ANY.RUN və digər malware/sandbox analiz alətləri ilə işləmə təcrübə;   Threat Intelligence feed-ləri, o cümlədən APT qrupları (APT28, APT31 və s.) və onların fəaliyyət göstəriciləri (IOC) haqqında məlumatlılıq;  IP ünvanı, domain, hash və e-mail kimi IOC-lərin təhlili, təsnifləşdirilməsi və sənədləşdirilməsi bacarığı;  OpenCTI və ya MISP kimi Cyber Threat Intelligence (CTI) platformalarının əsas funksionallıqları ilə işləmə bacarığı;  Scripting və avtomatlaşdırma məqsədilə proqramlaşdırma bilikləri (məsələn, Python, PowerShell və ya digər uyğun dillər).          İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İT, Proqram Təminatı və Məlumat Analitikası

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında ən son iş elanları və vakansiyalar

İT, Proqram Təminatı və Məlumat Analitikası kateqoriyasında daha çox vakansiya

APT Research Analyst vakansiyası Milli Kibertəhlükəsizlik Agentliyi şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.