İş elanları və vakansiyalar 2026 üzrə ən son yenilikləri burada tapa bilərsiniz. Platformamız bütün sahələr üzrə gündəlik yenilənən iş imkanlarını, real şirkət vakansiyalarını və filtirlənə bilən peşə yönümlü elanları bir araya gətirir. Əgər yeni iş axtarırsınızsa, düzgün yerdəsiniz - buradan həm yerli, həm də beynəlxalq iş elanlarına rahatlıqla baxa, CV göndərə və dərhal müraciət edə bilərsiniz.
Ən Son İş Elanları 2026
Bu həftənin ən çox baxılan vakansiyaları
Şəhərlər üzrə iş elanları
Sahələr üzrə vakansiyalar
Tələbə və təcrübəçi iş elanları
Ən çox maaş təklif edən vakansiyalar
Evdən işləmək (remote) iş imkanları
2026-cı il üçün hazırlanan iş elanları və vakansiyalar siyahımız real vaxtda yenilənir. Hər bir elan şirkət tərəfindən təsdiqlənir və istifadəçilərə dəqiq maaş aralığı, tələblər, vəzifə təsviri və müraciət linki təqdim olunur. İstər ofisdaxili, istər remote iş axtarasınız? Burada bütün vakansiyaları rahatlıqla tapa biləcəksiniz.
Şirkət haqqında 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir. Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro. Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir. SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir. Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir. Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir. 2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Azərbaycan Vəzifənin təsviri Marketinq Layihələri üzrə Menecer Qrupun Azərbaycan, Qazaxıstan və Özbəkistanda premium və lüks moda pərakəndə satışı, gözəllik və ev məhsullarını əhatə edən brend portfeli üzrə konkret və müəyyən müddətli marketinq layihələrinə rəhbərlik edir. Müvafiq biznes bölmələrinin rəhbərləri və marketinq komandaları ilə koordinasiyalı şəkildə çalışaraq layihənin bütün mərhələlərinə — brifin (layihənin məqsədini, tələblərini və əsas tapşırıqlarını müəyyən edən qısa texniki tapşırıq) alınmasından layihəsonrası nəticələrin qiymətləndirilməsinədək — cavabdehlik daşıyır: layihənin məqsəd və əhatə dairəsini müəyyən edir, işə başlamazdan əvvəl büdcəni və uğur meyarlarını razılaşdırır, layihə komandasını formalaşdırır və layihənin müəyyən edilmiş müddətdə icrasını təmin edir. Hər bir layihənin icra müddəti ərzində bu vəzifə müvafiq biznes bölməsinə təhkim olunur və həmin bölmənin strukturu, sistemləri və müəyyən edilmiş hesabatlılıq qaydaları çərçivəsində fəaliyyət göstərir. Əsas tələblərdən biri kommersiya və analitik əsaslandırmadır: hər bir layihənin başlanmasından əvvəl biznes əsaslandırması hazırlanmalı, layihə başa çatdıqdan sonra isə nəticələr mağaza səviyyəsində ölçülməli və yalnız reklam göstəriciləri ilə deyil, müştəri axını, konversiya, orta alış məbləği, məhsulun satış səviyyəsi (sell-through) və marketinq investisiyalarının gəlirliliyi göstəriciləri ilə ifadə olunmalıdır. Vəzifə Öhdəlikləri: Layihənin Əhatə Dairəsinin Müəyyən Edilməsi və İcrası: Təyin edilmiş marketinq layihələrinin əhatə dairəsini müəyyən etmək və planlaşdırmaq, işə başlamazdan əvvəl müvafiq biznes rəhbəri ilə məqsədi, nəticələri, müddətləri, büdcəni və uğur meyarlarını razılaşdırmaq. Layihələri başlanğıcdan sona qədər idarə etmək — brif (layihənin məqsədini, tələblərini və əsas tapşırıqlarını müəyyən edən qısa texniki tapşırıq), resursların müəyyən edilməsi, kritik yol, asılılıqlar, risk və problemlərin idarə edilməsi, maraqlı tərəflərin təsdiqlərinin alınması və layihəsonrası qiymətləndirmə. Hər bir layihənin icra müddəti ərzində təyin edilmiş biznes bölməsinə inteqrasiya olunmaq və onun mövcud komanda strukturu, təqvimləri və hesabatlılıq qaydaları çərçivəsində fəaliyyət göstərmək. Bütün təyin edilmiş layihələr üzrə statusu, büdcəyə qarşı faktiki xərcləri, riskləri və gözlənilən kommersiya təsirini əhatə edən vahid və aktual məlumat bazasını təmin etmək. Mağazadaxili Marketinqin İqtisadiyyatı və Fəaliyyət Nəticələrinin Təhlili: Hər bir layihənin başlanmasından əvvəl gözlənilən artımı, tələb olunan investisiyanı, geriödəmə müddətini və hesablamaların əsaslandığı fərziyyələri əks etdirən biznes əsaslandırması hazırlamaq. Kampaniya və aktivliklərin nəticələrini mağaza səviyyəsində müştəri axını, konversiya dərəcəsi, tranzaksiyaların sayı, orta alış məbləği, bir tranzaksiyaya düşən məhsul sayı və alınmış məhsul həcminə qarşı məhsulun satış səviyyəsi (sell-through) göstəriciləri əsasında ölçmək. Cəlb edilmiş və saxlanılmış hər bir müştəri üzrə marketinq xərclərini, kampaniyanın marjinal mənfəətini və marketinq investisiyalarının gəlirliliyini izləmək və bu göstəriciləri Qrup üzrə vahid formatda təqdim etmək. Atribusiya metodunu (satışın, konversiyanın və ya müştəri cəlbinin hansı marketinq kanalı, kampaniya və ya fəaliyyət nəticəsində yarandığını müəyyən etmək üsulu) əvvəlcədən müəyyən etmək, platformaların təqdim etdiyi nəticələri Maliyyə tərəfindən təsdiqlənmiş nəticələrdən ayırmaq və kontrol mağazalar, kontrol dövrləri və ya strukturlaşdırılmış sınaq və öyrənmə (test-and-learn) yanaşması vasitəsilə əlavə təsiri müəyyən etmək. Marketinq fəaliyyətlərini mövsüm ərzində sell-through, mal ehtiyatlarının vəziyyəti və markdown riski ilə əlaqələndirmək üçün Pərakəndə satış əməliyyatlarının idarə edilməsi (Retail Operations), Merçendayzinq və Maliyyə bölmələri ilə əməkdaşlıq etmək. Layihəsonrası hesabatlarda nəyin effektiv olduğunu, nəyin effektiv olmadığını, hansı nəticələrin layihəyə aid edilməsinin mümkün olmadığını və hansı fəaliyyətlərin dayandırılmalı və ya təkrar həyata keçirilməli olduğunu aydın şəkildə göstərmək. Brendlərarası Koordinasiya və Maraqlı Tərəflərin İdarə Edilməsi: Biznes bölmələrinin rəhbərləri ilə qarşılıqlı fəaliyyətdə marketinq üzrə əsas tərəf kimi çıxış etmək, layihənin əhatə dairəsini, prioritetləri və resursları razılaşdırmaq, yaranan ziddiyyətləri erkən mərhələdə və yazılı şəkildə eskalasiya etmək (məsələnin həlli üçün daha yüksək rəhbərlik səviyyəsinə qaldırılması / ötürülməsi). Hər bir layihə üçün uyğun komandanı formalaşdırmaq məqsədilə Qrupun ixtisaslaşmış funksiyalarını — rəqəmsal və e-commerce, CRM və loyalty, kreativ, marketinq aktivasiyası (activation), PR və media — həmin funksiyalar üzərində birbaşa inzibati səlahiyyətə malik olmadan koordinasiya etmək. Xarici agentliklərin, istehsal tərəfdaşlarının və frilanserlərin fəaliyyətini brif, büdcə və müddətlərə uyğun idarə etmək və razılaşdırılmış icra standartlarına riayət olunmasını təmin etmək. Tələb olunduqda beynəlxalq brend tərəfdaşlarından təsdiqlər almaq, bütün materialların brend standartlarına və françayzinq qaydalarına uyğunluğunu təmin etmək, həmçinin layihə büdcələrinin genişləndirilməsi məqsədilə tərəfdaşların birgə maliyyələşdirməsini, təchizatçılar tərəfindən maliyyələşdirilən fəaliyyətləri və digər maliyyə töhfəsi imkanlarını aktiv şəkildə araşdırmaq. Standartlar, Kompetensiyaların İnkişafı və Biliklərin Ötürülməsi: Brenddən, kateqoriyadan və ya biznes bölməsindən asılı olmayaraq hər bir layihədə Qrupun Ümumi Marketinq Strategiyasını tətbiq etmək və ona riayət olunmasını təmin etmək. Bir brenddə uğurlu olan yanaşmaların digər brendlərdə sıfırdan hazırlanmaq əvəzinə təkrar tətbiq edilə bilməsi üçün metodları, şablonları, meyarları (benchmark) və nəticələri sənədləşdirmək. Müvafiq kateqoriya və beynəlxalq təcrübə ilə müqayisəli təhlil aparmaq və sınaqdan keçirilməmiş yanaşmalar əvəzinə yoxlanılmış yanaşmaları portfel üzrə tətbiq etmək. Tələblər Təhsil: Marketinq, Biznes, İqtisadiyyat, Brend Menecmenti, Layihələrin İdarə Edilməsi, Kommunikasiya, Data Analitikası və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi; və ya Marketinq, rəqəmsal marketinq, brend menecmenti və ya marketinq analitikası üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent). Peşəkar Təcrübə: Marketinq və ya brend kommunikasiyaları sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən razılaşdırılmış büdcə və müəyyən edilmiş müddət çərçivəsində konkret layihə və ya kampaniyaların başlanğıcdan sona qədər həyata keçirilməsi üzrə ən azı 2 il təcrübə. Marketinq fəaliyyətlərinin yalnız əhatə dairəsi və bağlılıq göstəriciləri ilə deyil, satış, konversiya, orta alış məbləği, sell-through və ya investisiyanın gəlirliliyi kimi kommersiya nəticələri əsasında qiymətləndirilməsi üzrə təsdiqlənə bilən təcrübə. Eyni zamanda birdən çox brend, kateqoriya və ya biznes bölməsi ilə, o cümlədən beynəlxalq brend tərəfdaşları və ya françayzerlərlə işləmək təcrübəsi. Pərakəndə satış, istehlak malları və ya françayzinq mühitində iş təcrübəsi, həmçinin mağazanın gəlir yaratma prinsipləri və marketinqin bu nəticələrə necə təsir göstərə biləcəyi barədə praktiki anlayış. Əsas Bacarıqlar: Güclü layihə idarəetmə bacarıqları — işin əhatə dairəsinin müəyyən edilməsi, mərhələlərin ardıcıllığının planlaşdırılması, büdcələşdirmə və müəyyən edilmiş müddətlərdə icranın təmin edilməsi. Kommersiya və analitik düşüncə, o cümlədən pərakəndə satış göstəriciləri, kampaniyaların gəlirliliyi və marketinq investisiyalarının gəlirliliyi üzrə biliklər. Analitika və hesabat alətlərindən sərbəst istifadə və məlumatları aydın tövsiyələrə çevirmək bacarığı. Brend, rəqəmsal, CRM və mağazadaxili kanallar üzrə marketinq və media planlaşdırılması. Maraqlı tərəflərin idarə edilməsi, birbaşa inzibati səlahiyyət olmadan proseslərə təsir göstərmək və nəticələrin əldə edilməsini təmin etmək bacarığı. Güclü kommunikasiya, danışıqlar aparmaq və yazılı hesabat hazırlamaq bacarıqları. Pərakəndə biznes mühiti, merçendayzinq dövrləri və istehlakçı davranışı üzrə anlayış. Dinamik və dəyişən iş mühitində eyni zamanda bir neçə brendi və rəqabət aparan prioritetləri idarə etmək bacarığı. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.