2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 dekabr 2020-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 559 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 5,516 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.
Məlumat Tapılmadı!