Elektrik mühəndisi - Facility Management Group | Vakansiya

Şirkət Haqqında

Şirkət: Facility Management Group

Vebsayt: https://www.fmg.az/

Şirkət haqqında Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş sistemlər və iş səmərəliliyinə önəm vermək. Vizyonumuz Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.

Facility Management Group şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrik mühəndisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 4
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir: Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Tikinti sahəsində elektrik sistemlərinin layihələndirmə məlumatlarını analiz edəcək, sahəyə tətbiqinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğuna nəzarət edəcək Elektrik mühəndisi axtarırıq. Bu rol layihələndirmə prosesinə texniki dəstəyin verilməsinə, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərinin yoxlanılmasına, sınaq və təhvil-təslim proseslərində iştiraka, həmçinin elektrik sistemləri üzrə sənəd dövriyyəsinin və məlumat mübadiləsinin düzgün idarə edilməsinə cavabdeh olacaq. Bu vəzifədə uğur qazanmaq üçün elektrik mühəndisliyi üzrə bilikləri praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək dəqiqliklə izləmək, texniki həll yolları təqdim etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır. Əsas öhdəliklər: Layihələndirmə təhlili və texniki rəy Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək. Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək. Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək. Sahə nəzarəti, uyğunluq və təhvil-təslim Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək. Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq. İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək. Sənəd dövriyyəsi və komanda əməkdaşlığı Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun həyata keçirilməsini təmin etmək. Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək. Tələblər Elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi və ya digər müvafiq texniki ixtisaslar üzrə ali təhsil; Tikinti və layihələrin idarə olunması sahəsində elektrik mühəndisi kimi minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının yerli normativ aktları , eləcə də elektrik təchizatı və təhlükəsizliyi üzrə beynəlxalq standartları (IEC, IEEE və s.) dərindən bilmək və tətbiq etmək bacarığı; Elektrik sistemlərinin layihə sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini (BOQ) analiz etmək, tikinti-quraşdırma və sınaq-sazlama (testing & commissioning) işlərinə nəzarət etmək, həmçinin büdcə və texniki həllərin optimallaşdırılması üzrə ekspert rəyi vermək bacarığı; AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; elektron sənəd dövriyyəsi platformaları, xüsusilə ORACLE Aconex sistemi üzrə biliklər; Analitik düşüncə və detallara yüksək diqqətlilik, layihə tərəfləri ilə effektiv ünsiyyət və komanda daxilində koordinasiyalı işləmək bacarığı; Texniki problemlərə operativ və optimal həll yolları təqdim etmək səriştəsi, davamlı peşəkar inkişafa meyillilik. Vakansiya növü - Tam ştat İmtiyazlar Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də tikinti layihələrinin elektrik sistemlərinə nəzarət etmək və peşəkar texniki həllər tətbiq etmək imkanı Rəqabətli əməkhaqqı və bonus Geniş təminatlı tibbi sığorta Korporativ loyallıq proqramına üzvlük Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Elektrik mühəndisi vakansiyası Facility Management Group şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.