Material mühəndisi (Müşfiqabad q.) - North West | Vakansiya

Şirkət Haqqında

Şirkət: North West

Vebsayt: https://www.nwconstruction.com

North West Şirkəti tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “ Port Baku Tovers 2 ”, “ Bravo Supermarketlər ” və “ Azərsu Çirkab Suların Texniki qurğuları ”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.

North West şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Material mühəndisi (Müşfiqabad q.)
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 15
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə Öhdəlikləri Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.  Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.  İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.  Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması.  Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.  Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi.  Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.  Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.  Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması.  Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi.  Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi.  İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.  İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.  İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.  Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.  Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması.  KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.  Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi.  İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.  Tələblər Mühəndislik üzrə bakalavr dərəcəsi  Müvafiq iş təcrübəsi minimum 3 il Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Material mühəndisi ((Müşfiqabad q.)” başlığı ilə göndərməklə edə bilərsiniz.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

Material mühəndisi (Müşfiqabad q.) vakansiyası North West şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.