SƏTƏM Mütəxəssisi - SHP | Vakansiya

Şirkət Haqqında

Şirkət: SHP

Peşəkar xidmətlər sahəsində xidmət göstərən SHP şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

SHP şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: SƏTƏM Mütəxəssisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 4
  • Kateqoriya: Mühəndislik və Texniki Sahələr
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İş yeri  - Layihə sahəsi Vəzifənin məqsədi SƏTƏM Mütəxəssisi layihə sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə tələblərin icrasına nəzarət edir, gündəlik iş proseslərinin təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir, risklərin qarşısının alınması istiqamətində tədbirlər görür və bütün zəruri SƏTƏM sənədlərinin hazırlanması, aparılması və yenilənməsinə cavabdehdir. Əsas vəzifə və öhdəliklər Layihə sahəsində gündəlik iş proseslərinə nəzarət etmək və işlərin SƏTƏM qaydalarına uyğun icra olunmasını təmin etmək. İş sahəsində müntəzəm yoxlamalar aparmaq, təhlükəli vəziyyət və davranışları müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək. Risk qiymətləndirilməsi (Risk Assessment) hazırlanması və Təhlükəsiz İş Metod Bəyanatlarının (Method Statement) hazırlanmasında iştirak etmək və onların tətbiqinə nəzarət etmək. İş Təhlükəsizliyi Təhlili (JSA), İş İcazəsi (Permit to Work), yoxlama aktları, insident və qəza hesabatları, gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarını hazırlamaq və qeydiyyatını aparmaq. İşçilər və podratçılar üçün ilkin SƏTƏM təlimləri, gündəlik təhlükəsizlik brifinqləri (Toolbox Talk) və maarifləndirici tədbirlər keçirmək. Fərdi mühafizə vasitələrinin (FMV) düzgün seçilməsi və istifadəsinə nəzarət etmək. Qəza, insident və "az qala baş verəcək hadisələr"i (Near Miss) araşdırmaq, səbəbləri müəyyən etmək və düzəldici/preventiv tədbirlər hazırlamaq. Yanğın təhlükəsizliyi, ilk yardım vasitələri və fövqəladə hallara hazırlıq tədbirlərinə nəzarət etmək. SƏTƏM üzrə bütün sənədlərin düzgün saxlanılmasını, yenilənməsini və auditlər üçün hazır vəziyyətdə olmasını təmin etmək. Dövlət orqanları və sifarişçi tərəfindən aparılan yoxlamalarda və auditlərdə iştirak etmək. Əməyin mühafizəsi, ətraf mühit və təhlükəsizlik üzrə qanunvericiliyin, normativ sənədlərin və şirkət prosedurlarının tələblərinə riayət olunmasını təmin etmək. Layihədə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində təşəbbüslər göstərmək. Rəhbərlik tərəfindən verilən digər SƏTƏM istiqamətli tapşırıqları yerinə yetirmək. İş təcrübəsi Tikinti layihələrində SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi. SƏTƏM sənədlərinin hazırlanması və sahədə təhlükəsizlik nəzarətinin həyata keçirilməsi üzrə praktiki təcrübə. Bilik və bacarıqlar Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyini bilmək. Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi bacarığı. SƏTƏM sənədlərinin hazırlanması və hesabatların tərtibi bacarığı. Microsoft Office proqramlarında sərbəst işləmək. Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarıqları. Komandada və müstəqil işləmək bacarığı. İş şəraiti İş yeri əsasən layihə (tikinti) sahəsidir. Müntəzəm sahə yoxlamaları və monitorinqlər aparılır. İş vaxtı ərzində fərdi mühafizə vasitələrindən istifadə məcburidir. Layihənin ehtiyacından asılı olaraq əlavə iş saatları tələb oluna bilər. Əmək haqqı- 1000-1200 AZN Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “HSE Officer” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Mühəndislik və Texniki Sahələr

Mühəndislik və Texniki Sahələr kateqoriyasında ən son iş elanları və vakansiyalar

Mühəndislik və Texniki Sahələr kateqoriyasında daha çox vakansiya

SƏTƏM Mütəxəssisi vakansiyası SHP şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.