Trade marketinq üzrə mütəxəssis - Supertoys | Vakansiya

Şirkət Haqqında

Şirkət: Supertoys

Vebsayt: https://supertoys.az

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.

Supertoys şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Trade marketinq üzrə mütəxəssis
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 2
  • Kateqoriya: Marketinq, Media və Kommunikasiyalar
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Supertoys MMC “Trade marketinq üzrə mütəxəssis” vakansiyası elan edir! Vəzifə öhdəlikləri: Ticari marketinq strategiyalarının hazırlanması və icrasında iştirak  Şirkətin marketinq planının hazırlanmasına dəstək göstərilməsi  Bazar, rəqib və istehlakçı təhlillərinin aparılması, analitik hesabatların hazırlanması  Satış nöqtələrində (POS) marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasına nəzarət  Kampaniya, promo və reklam çəkilişlərinin planlaşdırılması, koordinasiyası və icrasında iştirak  Marketinq kampaniyalarının effektivliyinin təhlili və inkişaf təkliflərinin hazırlanması  Məhsul, kateqoriya, region və biznes vahidləri üzrə təhlillərin aparılması  Yeni məhsulların bazara çıxarılması prosesində marketinq fəaliyyətlərinin koordinasiyası  Promo materialların hazırlanmasına və yerləşdirilməsinə nəzarət  Satış komandası və digər şöbələrlə sıx əməkdaşlıq   Tələblər: Ali təhsil (Marketinq, Menecment, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)  Ticari marketinq, marketinq, brend və ya kateqoriya idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi  FMCG və ya B2B sahəsində təcrübə üstünlük hesab olunur  Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı  Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı  Güclü kommunikasiya və təqdimat bacarığı  Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik  Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Ticari Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Marketinq, Media və Kommunikasiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında ən son iş elanları və vakansiyalar

Marketinq, Media və Kommunikasiyalar kateqoriyasında daha çox vakansiya

Trade marketinq üzrə mütəxəssis vakansiyası Supertoys şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.