Layihələr üzrə korporativ satış mütəxəssisi - PRO CON izo MMC | Vakansiya

Şirkət Haqqında

Şirkət: PRO CON izo MMC

Vebsayt: https://www.proconizo.az

Şirkət haqqında “PRO CON izo” şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstərmişik. Əsas hədəfimiz sizlərə daim artmaqda olan təcrübəmiz və etibarımızla xidmət etmək olmuşdur. Müasir tikililərin rahatlıq, təhlükəsizlik və estetik tələbatlarımıza tam cavab verə bilməsi üçün inşaatın bütün mərhələlərində izolyasiya sistemləri mühüm rol oynayır. Bu sistemlər isə yalnız yüksək texnologiya və etibarlı kimyəvi tərkibli maddələrlə uzunömürlü olur. 8 illik təcrübəmiz əsasında həm Azərbaycan, həm də regional tikinti sektorunun inşaat sistemlərində təcrübəli texniki və mühəndis heyətinin fəaliyyətilə birlikdə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edirik. Geniş məhsul kateqoriyalarımızda su izolyasiyası məhsulları, dekorativ və sənaye tipli döşəmə örtükləri, istilik izolyasiyası və montalama sistemləri, temperatur tikişlər üçün həllər, beton qoruma və gücləndirmə sistemləri, beton qatqıları, akustik panellər, beton kəsim və deşimi kimi çeşidli məhsul qrupları vardır. Əməkdaşlıq etdiyimiz şirkətlərin dünya standartlarına cavab verən məhsulları hazırda bir çox ölkələrdə binaların uzunömürlülüyünü və insanların rahatlığını təmin etməkdədir.

PRO CON izo MMC şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

İşin Məzmunu: Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Şirkətin məhsul və xidmətlərinin təqdimatı, bazar araşdırmalarının aparılması və satış strategiyalarının hazırlanması; Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması; Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Tələblər: Xanım namizəd; Minimum 3 illik korporativ satış sahəsində (xüsusilə inşaat sahəsində) iş təcrübəsi; Ali təhsil; Dil bilikləri: Azərbaycan dili, Rus dili (üstünlükdür); MS Office proqramı bilikləri; Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları. İş Şəraiti:     İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə: 09:00-dan 13:00-dək); Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz); İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Layihələr üzrə korporativ satış mütəxəssisi vakansiyası PRO CON izo MMC şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.