Məhsul üzrə menecer köməkçisi (Kiçik məişət) - Kontakt Home | Vakansiya

Şirkət Haqqında

Şirkət: Kontakt Home

Vebsayt: https://kontakt.az/

Şirkət haqqında Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Kontakt Home şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Kateqoriya menecerinə gündəlik iş proseslərində dəstək göstərilməsi; Kateqoriyanın satış və mənfəət göstəricilərinin inkişafına dəstək göstərilməsi, inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi; Kateqoriya üzrə işlərin marketinq komandası ilə koordinasiya olunması; Məhsul çeşidi və assortimentin izlənilməsi, düzgün assortimentin formalaşdırılmasına dəstək göstərilməsi; Məhsul qiymətlərinin monitorinqinin aparılması, kateqoriyaların genişləndirilməsi və yeni məhsulların assortimentə daxil edilməsi ilə bağlı təkliflərin hazırlanması; Məhsul çeşidinin və assortimentin izlənilməsi, həmçinin düzgün assortimentin formalaşdırılmasına dəstək göstərilməsi; Məhsul qiymətlərinin monitorinqinin aparılması; Kateqoriyaların genişləndirilməsi və yeni məhsulların assortimentə daxil edilməsi üzrə təkliflərin hazırlanması; Bazarda mövcud məhsulların çeşidi, keyfiyyəti və qiymətləri üzrə araşdırmaların aparılması; Rəqiblərin məhsul çeşidi, qiymətləri və fəaliyyətinin mütəmadi monitorinqi; İstehlakçı tələblərinin və bazar tendensiyalarının araşdırılması; Stok və məhsul ehtiyatlarının izlənilməsi, onların effektiv idarə olunmasına dəstək göstərilməsi; Məhsul sifarişlərinin hazırlanması və yerləşdirilməsində iştirak edilməsi; Təchizatçılarla əlaqələrin qurulması və gündəlik işlərin koordinasiyasının aparılması; Satış göstəricilərinin izlənilməsi və təhlili; Müvafiq hesabatların hazırlanması; Qısamüddətli və uzunmüddətli satış proqnozlarının hazırlanmasında iştirak edilməsi; Kateqoriya üzrə büdcə göstəricilərinin izlənilməsi. Tələblər Ali təhsil; Səlis azərbaycan və ingilis dili biliyi, rus dilini dilini danışıq səviyyəsində bilmək üstünlükdür; Satınalma, satış və ya kateqoriya idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi; Böyük həcmli məlumatların təhlili və proqnozların hazırlanması üzrə təcrübə; Assortiment, qiymətlər və hesabatlarla işləmək bacarığı; Güclü analitik təfəkkür və böyük həcmli məlumatlarla işləmək bacarığı; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook); Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük; Yüksək ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satış, Pərakəndə və Müştəri Xidmətləri

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satış, Pərakəndə və Müştəri Xidmətləri kateqoriyasında daha çox vakansiya

Məhsul üzrə menecer köməkçisi (Kiçik məişət) vakansiyası Kontakt Home şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.