Sex Rəisi - Xirman | Vakansiya

Şirkət Haqqında

Şirkət: Xirman

sahəsində xidmət göstərən Xirman şirkətinin ən yeni iş elanları və vakansiyaları ilə tanış olun

Xirman şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Sex Rəisi
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 30
  • Kateqoriya: İstehsalat və İstehsal
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Yaxın zamanda fəaliyyətə başlayacaq yeni kolbasa istehsalı müəssisəmizə peşəkar, təcrübəli və idarəçilik bacarığına malik Sex Rəisi axtarılır. Əsas vəzifə öhdəlikləri: Kolbasa istehsalı prosesinin idarə olunması və nəzarətdə saxlanılması;a İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına nəzarət; İstehsalat planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi; İstehsalat işçilərinin iş bölgüsünün aparılması və kollektivin idarə olunması; Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə nəzarət; Məhsulun keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət; Xammal və istehsalat materiallarının səmərəli istifadəsinin təmin edilməsi; İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət; Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının təmin edilməsi; İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma endirilməsi; Rəhbərliyə mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi. Namizədə tələblər: Kolbasa və ət məhsulları istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi; Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi mütləqdir; Kolbasa istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək; Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında praktiki biliklər; İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini bilmək; Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı; Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq qabiliyyəti. Rus dili biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq)   ​​​​​ Digər Məlumatlar: İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək Ünvan: Binəqədi yolu 100 Nahar şirkət tərəfindən təmin edilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552531364

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - İstehsalat və İstehsal

İstehsalat və İstehsal kateqoriyasında ən son iş elanları və vakansiyalar

İstehsalat və İstehsal kateqoriyasında daha çox vakansiya

Sex Rəisi vakansiyası Xirman şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.