Təminat şöbəsinin müdir müavini - Azerbaijan Energy Regulatory Agency | Vakansiya

Şirkət Haqqında

Şirkət: Azerbaijan Energy Regulatory Agency

Vebsayt: http://regulator.gov.az/

Azerbaijan Energy Regulatory Agency Kommunal, Electric Utilities, Gas Utilities, Renewable Electricity, Elektrik və bərpa olunan enerji sektorunda fəaliyyət göstərən şirkətdir. Ən yeni Azerbaijan Energy Regulatory Agency iş elanları ilə Jooble.az vebsaytından tanış olun

Azerbaijan Energy Regulatory Agency şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Təminat şöbəsinin müdir müavini
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 1
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Vəzifə öhdəlikləri Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona rəhbərlik edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və razılaşdırılması üçün daxil olan sənədlərə viza verir; Şöbənin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların icrasını təşkil edir və buna nəzarət edir; Şöbənin fəaliyyət istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına dair tələbatın müəyyənləşdirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir; Satınalma məqsədilə bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan qiymət təkliflərinin əldə edilməsini və təhlilini təşkil edir; Satınalma predmetinin texniki xüsusiyyətlərinin və digər tələblərinin müəyyənləşdirilməsi, habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə müvafiq struktur bölmələrlə əməkdaşlıq edir; Satınalma müqavilələrinin icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə nəzarət edir; Satın alınan mal və xidmətlərin qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;  Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatların, arayışların və digər məlumatların hazırlanmasını təmin edir; Şöbənin vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında, habelə onlara dəyişikliklərin edilməsində iştirak edir; Səlahiyyətlərinə aid məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır; Şöbə müdirinin müvəqqəti olmadığı və ya vəzifələrini icra edə bilmədiyi hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata keçirir; Tələblər “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali təhsil; Təchizat və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi; Dövlət satınalmaları sahəsini tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar, qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə biliklərə malik olmaq; Yaş həddinin 30–45 aralığında olması; Təchizat zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara malik olmaq; Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmaq; Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini və  rus dilini bilmək arzuolunandır; Fikirlərini düzgün ifadə etmək və savadlı yazı qabiliyyətinə malik olmaq; Müvafiq hesabatlarla (texniki hesabatlar, material hesabatları və aktlar) işləmək bacarığına malik olmaq; MS Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq; Kataloqlardan, internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına malik olmaq. İş şəraiti: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinin müdir müavini) qeyd edin.

Müraciət Məlumatları

Bu vakansiyaya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Təminat şöbəsinin müdir müavini vakansiyası Azerbaijan Energy Regulatory Agency şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.