Elektrokar sürücüsü - Kontakt Home | Vakansiya

Şirkət Haqqında

Şirkət: Kontakt Home

Vebsayt: https://kontakt.az/

Şirkət haqqında Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Kontakt Home şirkətinin bütün vakansiyaları

Vakansiya Məlumatları

  • Vəzifə: Elektrokar sürücüsü
  • Yer: Bakı
  • İş növü: Tam iş günü
  • Elan tarixi:
  • Son müraciət tarixi:
  • Baxış sayı: 44
  • Kateqoriya: Satınalma və Təchizat Zənciri
Etiketlər:
  • 🆕 Yeni

Vakansiya Təsviri

Təsvir Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi; Anbardan çıxışı təsdiq edilmiş yüklərin-paletlərin daşıma vasitəsinə yerləşdirilməsi; Anbara girişə verilmiş yüklərin (paletli yüklər) rəflərdə müvafiq xanaya yerləşdirilməsi; Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyətin daşınması; İşin düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi; Ona təhkim edilmiş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılmsı, istifadədən öncə texnikaya vizual baxışın keçirilməsi; Texnikanın istismar tələblərinə uyğun planlı nəzarətinin aparılması və təmir ehtiyaclarının müəyyən edilməsi; Aşkar etdiyi bütün nasazlıqlar haqqında dərhal sahə rəisinə məlumatın verilməsi; İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyətin göstərilməsi. İş şəraiti: İş qrafiki: 6 gün iş, 1 gün istirahət; İş rejimi: Növbəli iş qrafiki; Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur; İş yeri : Abşeron Logistika Mərkəzi. Tələblər Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Avtoyükləyici texnikanı idarə etmək üçün müvafiq vəsiqə/sertifikatın olması mütləqdir; Komandada işləmək bacarığı; Nizam-intizamlı, məsuliyyətli və işində dəqiq olmaq; Vakansiya növü - Müvəqqəti Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət Məlumatları

Bu vakansiyaya müraciət etmək üçün vakansiya səhifəsinə keçid edin.

Əlaqəli Səhifələr

Oxşar Vakansiyalar - Satınalma və Təchizat Zənciri

Satınalma və Təchizat Zənciri kateqoriyasında ən son iş elanları və vakansiyalar

Satınalma və Təchizat Zənciri kateqoriyasında daha çox vakansiya

Elektrokar sürücüsü vakansiyası Kontakt Home şirkətində. Jooble.az - Azərbaycanın ən böyük iş axtarış platforması. Hər gün yüzlərlə yeni vakansiya əlavə olunur. İş elanları 2026 üçün ən yaxşı seçim.